Ox (silah).
Klassik şeirdə gözəlin kirpiyi oxa (xədəngə) bənzədilir. Dastanlarda həm həqiqi, həm məcazi mənalarda işlənməsinə aid nümunə var.
Şir kimi meydanda edərəm cəngi,
Bu meydanda sənlə tutaram həngi,
Çalaram qılıncı, vurram xədəngi,
Bu gün bu meydana bir kəs gəlməsin.
(“Dilsuz və Xəzangül”)
*
Əsl dostun məhəbbəti çox olu,
Özü düz, sözü düz, xədəng ox olu,
Mərd iyidin gözü, könlü tox olu,
Dost yolunda qavax, dalı gözdiyər.
(“Məhəmməd və Güləndəm”)